Lionel Messi: "İndidən hazırlaşırıq ki, növbəti mövsüm daha güclü qayıdaq”

Xəbərlər
11 Noyabr 2024 21:32
134
Lionel Messi: "İndidən hazırlaşırıq ki, növbəti mövsüm daha güclü qayıdaq”

"İnter Mayami" MLS çempionatının 1/8 finalında "Atlanta"ya ikinci dəfə məğlub olaraq (2:1, 1:2, 2:3) çempionluq uğrunda mübarizəni dayandırıb.

İdman.biz xəbər verir ki, Lionel Messi komandasının mövsümü başa vurması ilə bağlı rəsmi açıqlama yayıb:

“Mövsüm bitdi, klub olaraq inkişafa davam edirik. Bəzi hədəflərə nail olsaq da, daha çoxunu istəyirik. Bütün azarkeşlərə təşəkkür edirəm, biz indidən hazırlaşırıq ki, növbəti mövsüm daha güclü qayıdaq”.

İdman.biz