“Bu faktı oyun bitdikdən sonra öyrəndim”.
Bunu İdman.bizə “Sabah”ın futbolçusu Tellur Mütəllimov deyib.
O, Azərbaycan çempionatlarında 200-cü oyununu keçirməsinə münasibət bildirib. 29 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, yubiley qələbə ilə qeyd olunanda daha gözəldir: “Təəssüf ki, son matçımızda qalib gələ bilmədik. Bu günə kimi mənə inanan, şans verən bütün məşqçilərə, komanda yoldaşlarıma, ümumiyyətlə mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, Mütəllimovun komandası Premyer Liqanın 13-cü turunda “Kəpəz”lə (2:2) heç-heçə oynayıb.
Banuçiçək Hüseynli
İdman.biz