“Real”ın türkiyəli futbolçusu Arda Gülər icarə əsasında sabiq komandası “Fənərbaxça”ya qayıda bilər.
İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Buna səbəb gənc futbolçunun müntəzəm olaraq forma şansı qazana bilməməsidir. O, son 12 oyunda 307 dəqiqə meydanda olub.
Qeyd edək ki, Gülər 2023-cü ilin yay transfer dönəmində İstanbul klubundan Madridə köçüb. O, “Real” forması ilə meydana çıxdığı 24 oyunda 6 qolla yadda qalıb.
İdman.biz