“Turan Tovuz”da ciddi narahatlıq baş qaldırıb.
İdman.biz Sportinfo.aza istinadən xəbər verir ki, baş məşqçi Kurban Berdiyev komandanı tərk etmək fikrinə düşüb.
İyunda “sükan arxası”na keçən rusiyalı mütəxəssis “Səbail”lə səfər matçından (1:1) sonra bu istəyini klub rəhbərliyinə çatdırıb. 72 yaşlı çalışdırıcı Premyer Lıqanın 13-cü turunda qeydə alınan uğursuz matçdan mənfi mənada necə təsirlənibsə, müqaviləni pozmaq fikrinə düşüb.
Əşyalarını toplamaq üçün otelə yollanan Berdiyevi qəfil zəng ayaq saxlamağa məcbur edib. Onunla əlaqə saxlayan şəxs işini davam etdirməsi xahişini çatdırıb.
İdman.biz