Misli Premyer Liqasının ən yaşlı və ən gənc komandaları bəlli olub.
İdman.biz cari mövsümdə meydana çıxan futbolçulara əsasən klubların orta yaşını müəyyənləşdirib.
Çempionatın autsayderi “Kəpəz” ən gənc heyətə malikdir. Gəncə klubunun orta yaş göstəricisi 25 yaş 203 günə bərabərdir. Autsayderi qonşusu “Səbail” cəmi 24 gün yaşlıdır. İlk “üçlüy”ü qapayan “Şamaxı”da da orta yaş 26-dan aşağıdır.
Ən yaşlı komanda isə mövsümün sürprizi “Araz-Naxçıvan”dır. Təcrübədən faydalanan komanda Premyer Liqada orta yaşı 28-dən yuxarı olan yeganə klubdur.
Onlardan təxminən 1 yaş gənc olan “Neftçi” və “Qarabağ” da “27”ni keçib. Digər dörd komandada bu rəqəm 26-27 yaş aralığındadır.
Meydana çıxan futbolçulara görə komandaların orta yaşı:
1. “Kəpəz” – 25 yaş 203 gün
2. “Səbail” – 25 yaş 227 gün
3. Şamaxı – 25 yaş 353 gün
4. “Sumqayıt” – 26 yaş 76 gün
5. “Sabah” – 26 yaş 234 gün
6. “Turan-Tovuz” – 26 yaş 236 gün
7. “Zirə” – 26 yaş 294 gün
8. “Qarabağ” – 27 yaş 209 gün
9. “Neftçi” – 27 yaş 289 gün
10. “Araz-Naxçıvan” – 28 yaş 271 gün
Vüqar Xeyrullayev
İdman.biz