Portuqaliyalı futbolçu Bruno Fernandeş təyyarədə sərnişinlərdən birinin həyatını xilas edib.
İdman.biz xəbər verir ki, hadisə Mançester-Lissabon reysində baş verib.
"Mançester Yunayted"in kapitanı bir nəfərin hüşünü itirdiyini görüb və bununla bağlı bələdçiyə xəbərdarlıq edib. Fernandeş sərnişinin kresloya əyləşməsinə və ilkin yardım edilməsinə köməklik göstərib.
Sonda zərərçəkmişin ailəsi təcrübəli yarımmüdafiəçi ilə selfi çəkdirib.
İdman.biz