"Roma" yenidən baş məşqçi postunu Klaudio Ranyeriyə həvalə etməyi planlaşdırır.
İdman.biz yerli mətbuata istinadən xəbər verir ki, italiyalı mütəxəssis "canavarlar"ın təklifini qəbul edib.
73 yaşlı məşqçinin tezliklə "Roma" ilə rəsmi müqavilə imzalayacağı bildirilir. O, bu postda istefaya göndərilən İvan Yuriçi əvəzləyəcək.
Qeyd edək ki, Ranyeri 2009-2011-ci və 2019-2020-ci illərdə "Roma"da işləyib.
İdman.biz