“Çelsi” və “Qalatasaray”ın sabiq futbolçusu özünə klub tapıb

Xəbərlər
13 Noyabr 2024 15:34
131
“Çelsi” və “Qalatasaray”ın sabiq futbolçusu özünə klub tapıb

“Çelsi” və “Qalatasaray”ın sabiq futbolçusu Patrik van Anxolt özünə yeni klub tapıb.

İdman.biz xəbər verir ki, niderlandlı müdafiəçi karyerasını vətənində davam etdirəcək.

34 yaşlı futbolçu “Sparta”ya keçib. O, Rotterdam təmsilçisi ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, peşəkar karyerasına “Çelsi”də başlayan müdafiəçi “Koventri”, “Nyukasl”, “Lester”, “Uiqan”, “Vitess”, “Sanderlend”, “Kristal Pelas” və “Qalatasaray”da da forma geyinib. O, Niderland millisində 19 oyun keçirib.

İdman.biz