“Mənə təklif klubdan gəldi”.
Bunu İdman.bizə “Turan Tovuz”a yeni məşqçi təyin olunan Yunis Hüseynov deyib.
PRO kateqoriyalı mütəxəssis Andrey Matyura ilə birlikdə baş məşqçi Kurban Berdıyevin köməkçisi vəzifəsini icra edəcək. Təyinatına münasibət bildirən Hüseynov rusiyalı ilə uğurlar qazanacağına inanır: “Kurban Berdiyevlə çalışmaq hər bir məşçqçinin arzusudur. O, sayılıb-seçilən mütəxəssislərdəndir. Berdıyevi çoxdandır tanıyıram. 2012-ci ildə “Xəzər Lənkəran”da işləyərkən də onun məşq prosesində iştirak etmişəm. Rusiyalıdan öyrənəcək çox şey var. Buna görə çox şadam ki, onunla çalışacam”.
Qeyd edək ki, məşqçilik karyerasında “Karvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Keşlə” klublarına rəhbərlik etmiş Hüseynovla 2024/2025-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb.
Banuçiçək Hüseynli
İdman.biz