“Latsio”nun ispaniyalı hücumçusu Pedro karyerası ərzində bütün əsas turnirləri qazanan yeganə futbolçudur.
İdman.biz xəbər verir ki, 37 yaşlı futbolçu buna müxtəlif klublarda nail olub.
O, “Barselona” ilə Çempionlar Liqasını, Avropa Superkubokunu, Klubların Dünya Çempionatını, “Çelsi” ilə Avropa Liqasını, İspaniya millisi ilə Avropa və dünya çempionatının kubokunu qazanmağı bacarıb. Bu turnirlərin yalnız birini qazana bilməyən yeganə futbolçu Lionel Messidir. Argentinalı ulduzun kolleksiyasında yeganə çatmayan mükafatı Avropa Liqası kubokudur. Portuqaliyalı Kriştiano Ronaldoda isə bu yarışla yanaşı, dünya çempionluğu yoxdur.
Qeyd edək ki, Pedro bu mövsüm “Latsio”nun heyətində 12 oyunda 6 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İdman.biz