“Sabah” baş məşqçisinə vaxt verib - müqaviləsinə xitam verilə bilər

Xəbərlər
13 Noyabr 2024 20:18
131
“Sabah” baş məşqçisinə vaxt verib - müqaviləsinə xitam verilə bilər

Misli Premyer Liqasının son 6 turunda qələbə qazana bilməyən “Sabah”da Krunoslav Renduliçin taleyi sual altına düşüb.

İdman.biz xəbər verir ki, bu müddətdə 2 məğlubiyyətlə üzləşən və 4 heç-heçə edən “bayquşlar” tezliklə baş məşqçisi ilə vidalaşa bilər.

Hər halda klub rəhbərliyi xorvatiyalı mütəxəssisin fəaliyyətindən kəskin narazıdır. Onunla bu məqsədlə görüş keçirilib, qeydə alınan nəticələrdən narahatlıq ifadə olunub.

Balkanlı çalışdırıcı səbəb kimi bəxtsizliyi və zəddəli futbolçuların çoxluğunu göstərib, fəqət, onun söylədikləri rəsmiləri qane etməyib.

Qarşıdakı 2 tur bu mənada Renduliç üçün həlledicidir. Əgər o, komandanı düşdüyü vəziyyətdən çıxarmasa, müqaviləsinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılacaq (sportinfo.az).

Qeyd edək ki, Bakı təmsilçisi 13 tura 18 xal toplayıb.

İdman.biz