"Səbail" rəhbərliyi Cavid Hüseynovu komandanın "sükanı arxasına" dəvət etdiyini rəsmi açıqlasa da, müqavilənin maliyyə detalları barədə açıqlama verməyib.
İdman.biz xəbər verir ki, gənc mütəxəssis cari mövsümdə Premyer Liqada ən aşağı məvacib alan baş məşqçilərdən biri olacaq.
Razılaşmaya əsasən, Hüseynov 2024/25 "futbol ili"nin sonunadək 8 min manat maaş alacaq. Buna səbəb klub tərəfindən sabiq çalışdırıcı Şahin Diniyevə ödəniləcək təzminatdır. Ancaq "dənizçilər"in yeni baş məşqçisi rəhbərlik qarşısına şərt qoyub. O, rəsmilərdən qış transfer dönəmində 3 yeni legionerin alınmasını istəyib (Sport24.az).
Qeyd edək ki, "Səbail"in istefaya gedən sabiq baş məşqçisi Diniyevin "Səbail"də məvacibi 13 min manat idi.
İdman.biz