Amil Yunanov Premyer Liqa klubuna keçir

Xəbərlər
14 Noyabr 2024 11:14
191
Amil Yunanov Premyer Liqa klubuna keçir

Son olaraq Albaniyanın "Bilis" klubunda çıxış etmiş Amil Yunanov karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

İdman.biz xəbər verir ki, 31 yaşlı mərkəz hücumçusu yenidən "Səbail"in uğurları üçün çalışacaq.

Super Liqa təmsilçisi ilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulan müqaviləsini vaxtından öncə pozan Yunanov "dənizçilər"lə anlaşacaq.

Bildirək ki, təcrübəli forvard bu ilin sentyabrında Albaniya klubuna keçmişdi (Pressing.az).

İdman.biz

Məqalədə: