“Neftçi"nin yetirməsi və Azərbaycan yığmasının futbolçusu Ziya Məmmədli özünə yeni klub tapıb.
İdman.biz xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi karyerasını Region Liqada oynayan "Xankəndi"də davam etdirəcək.
Məmmədli 12 yaşından 19 yaşına kimi "Neftçi"nin müxtəlif yaş qruplarında və əvəzedici komandasında çıxış edib. O, bu müddət ərzində 4 dəfə Azərbaycan çempionu adını qazanıb.
2015-ci ildə isə U-13 Liqasında "Ən yaxşı futbolçu" tituluna yiyələnib.
Qeyd edək ki, Azərbaycanın U-17 və U-19 yığmalarında da forma geyinmiş "Xankəndi"nin yeni transferi "Araz-Naxçıvan" və "İmişli" klublarının da şərəfini qoruyub.
Aytac Sahəd
İdman.biz