Latviyanın "Qrobinya" klubunda oynayan Nazim Məmmədzadə 2025-ci ilə yeni komandada başlaya bilər.
İdman.biz xəbər verir ki, azərbaycanlı müdafiəçi Latviya klubundan ayrılacaq.
Onun "Qrobinya" ilə müqavilə müddəti bu ay başa çatacaq.
Məmmədzadənin bu komandada qalmayacağı və özünə yeni komanda tapacağı gözlənilir (Sportal.az).
23 yaşlı futbolçu “Qrobinya”ya iyulun 1-də keçmişdi. "Neftçi"nin yetirməsi olan Nazim "Renova", "Moralo", "Marino Luanko", MOİK klublarında oynayıb.
İdman.biz