Elçin Məsiyev Şimali İrlandiyanın oyununda

Xəbərlər
15 Noyabr 2024 14:44
197
Elçin Məsiyev Şimali İrlandiyanın oyununda

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, həmyerlimiz UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək VI turun Lüksemburq – Şimali İrlandiya oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Bankes və Andryu Madley olacaq.

Noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

İdman.biz

Məqalədə: