Tanınmış türkiyəli mütəxəssis Fatih Terim ölkəmizə gəlib.
İdman.biz xəbər verir ki, o, “Qarabağ”ın dəvəti ilə COP29-un tədbirinə qatılacaq.
Fatih Terim “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə fəxri qonaq kimi iştirak edəcək.
Türkiyəli qonaqlar arasında "Qalatasaray"ın vitse-prezidenti və baş direktoru İbrahim Hatipoğlu da var.
İdman.biz