AFFA-dan Fernandu Santuşa yeni missiya

Xəbərlər
17 Noyabr 2024 11:43
190
AFFA-dan Fernandu Santuşa yeni missiya

Futbolumuzun inkişafı ilə bağlı yeni strategiya hazırlayan AFFA rəhbərliyi daha bir yeniliyə imza atmağı planlaşdırır.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, bu barədə millinin baş məşqçisi Fernandu Santuş məlumat verib.

Portuqaliyalı mütəxəssis 2025-ci ildə assosiasiyanın nəzdində futbol məktəbi yaradılacağını bildirib. Onun sözlərinə əsasən, ölkə futbolunun başbilənləri aşağı yaş qruplarının şərəfini qoruyan və ölkənin müxtəlif akademiyalarında çıxış edən istedadlı yeniyetmə və gəncləri sözgedən məktəbə cəlb edəcək. Layihəyə rəhbərlik isə Santuşa tapşırılacaq.

İdman.biz