"Barselona"nın prezidenti Azərbaycanın yeniyetmə futbolçuları ilə görüşüb

Xəbərlər
17 Noyabr 2024 13:41
137
"Barselona"nın prezidenti Azərbaycanın yeniyetmə futbolçuları ilə görüşüb

Bakıda səfərdə olan "Barselona" klubunun prezidenti Xuan Laporta Azərbaycanın aşağı yaş qruplarından ibarət komandalarının üzvləri ilə görüşüb.

İdman.biz xəbər verir ki, Laporta "Qarabağ", "Neftçi", "Sabah", "Zirə", ASTA Futbol Akademiyası (Azerbaijan Sport Talents Academy) və "Marset" Futbol Akademiyasının yeniyetmə və gənc oyunçuları ilə görüşüb.

Qeyd edək ki, o, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə dünən axşam saatlarında Azərbaycana gəlib (Oxu.az).

İdman.biz