İtaliyadan 41 ildən sonra İLK DƏFƏ

Xəbərlər
18 Noyabr 2024 08:59
143
İtaliyadan 41 ildən sonra İLK DƏFƏ

İtaliya millisi son 41 ildə ilk dəfə evdə keçirdiyi rəsmi oyunda 2 və ya daha çox top fərqi ilə uduzub.

İdman.biz xəbər verir ki, “Skuadra Adzurra” Millətlər Liqasının Fransa ilə matçında 1:3 hesabı ilə məğlub olub.

Apennin təmsilçisi Milandakı görüşə qədər son belə yenilgisini AVRO-1984-ün seçmə mərhələsində almışdı. 1983-cü il oktyabrın 15-də İsveç yığması İtaliyadan 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, İtaliya millisi A liqasının 2-ci qrupunda ikinci yeri tutub. 13 xal toplayan Apennin təmsilçisi yalnız əlavə göstəricilərdə Fransadan geri qalıb.

İdman.biz