Millimizin futbolçusu İsveçə gedə bilməyib - SƏBƏB

Xəbərlər
18 Noyabr 2024 13:49
161
Millimizin futbolçusu İsveçə gedə bilməyib - SƏBƏB

Azərbaycan yığmasının futbolçusu Mustafa Əhmədzadə viza ala bilmədiyi üçün milli komandadan kənarda qalıb.

İdman.biz Qafqazinfo.az-a istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi Millətlər Liqasının 6-cı turunda təmsilçimizin İsveçə qarşı keçirəcəyi səfər oyununa yollana bilməyib.

Əhmədzadəyə viza verilmədiyi üçün o, milli ilə Stokholm səfərinə yollanmayıb.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 19-da İsveç yığması ilə qarşılaşacaq.

İdman.biz