Rusiya çempionu olan futbolçumuz: “Ümid edirəm ki, sanksiyalar aradan qalxacaq”

Xəbərlər
18 Noyabr 2024 17:15
109
Rusiya çempionu olan futbolçumuz: “Ümid edirəm ki, sanksiyalar aradan qalxacaq”

“Artıq ikinci ildir qızıl medalları qazanırıq. Çempion olmaq çox gözəl hissdir”.

Bunu İdman.bizə Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva deyib.

“Zenit”in formasını geyinən oyunçu Rusiya çempionatında qızıl medallara sahib olmaqlarını dəyərləndirib. O bildirib ki, mövsüm çətin keçib: “Öz çıxışımı yüksək qiymətləndirirəm. Çempion olsaq da, ölkə xaricinə çıxa bilmirik. Ümid edirəm ki, Rusiya klublarına qarşı sanksiyalar aradan qalxacaq”.

Mirzəliyevanın sözlərinə görə, Sankt-Peterburq təmsilçisi avrokuboklara qatılmasa belə klubdan ayrılmaq fikrində deyil: “Rusiyada çempionatın səviyyəsi çox yüksəkdir. Hər oyun həyəcanlı keçir. “Zenit”lə daha 2 il müqaviləm var. 2026-cı ilə qədər burda davam edəcəyəm”.

Qeyd edək ki, “Zenit” Rusiya çempionatının 24-cü turunda əsas rəqibi MOİK-i 1:0 hesabı ilə məğlub edərək çempion olub.

Emin Ağa
İdman.biz