Mahir Emreli: "Hər bir hücumçunun istəyi qol vurmaqdır"

Xəbərlər
18 Noyabr 2024 20:21
148
Mahir Emreli: "Hər bir hücumçunun istəyi qol vurmaqdır"

"Sabah güclü rəqib qarşı oynayacağıq. Bizi çox ağır oyun gözləyir".

İdman.biz xəbər verir ki, bunun futbol üzrə Azərbaycan yığmasının hücumçusu Mahir Emreli deyib.

28 yaşlı futbolçu UEFA Millətlər Liqasının İsveçlə keçiriləcək oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. Mahir bildirib ki, qol vurmaqdan çox uğurlu nəticə arzulayır: "Cüzi də olsa şansımız var, uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Təbii ki, rəqibin gücü də bizə yaxşı məlumdur. Yaxşı oynayıb, uğurlu nəticə qazanmaq istəyirik. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Amma əsas milli komandada qələbə qazanmaqdır. Klubda olanları burada daha çox qeyd etmək istəmirəm. Əlbəttə, sabah qol vurmaq istərdim".

Emreli Slovakiya ilə oyunda aldığı qırmızı vərəqəni xatırladıb. O, həmin görüşdəki nəticəyə görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib: "Millətlər Liqasında Slovakiya ilə səfər matçını nəzərə almasaq digər görüşlərdə yaxşı oyun göstərmişik. Bu komanda ilə Bakıdakı qarşılaşmada qırmızı vərəqə almasa idim, daha yaxşı nəticə əldə edə bilərdik. Həmin görüşdəki uğursuz nəticəyə görə məsuliyyət daşıyıram. Əlbəttə, Estoniya ilə qarşılaşmada komandaya kömək edə bilmədiyimə görə təəssüflənirəm".

Qeyd edək ki, sabah keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

İdman.biz