Millətlər Liqası: 1/4 finalçılar müəyyənləşib

Xəbərlər
19 Noyabr 2024 09:55
113
Millətlər Liqası: 1/4 finalçılar müəyyənləşib

Millətlər Liqasında 1/4 finala yüksələn komandaların tam siyahısı bəlli olub.

İdman.biz xəbər verir ki, bu, qrup mərhələsinin VI turunun ikinci günündən sonra dəqiqləşib.

Mübarizənin başa çatdığı 1-ci qrupdan Portuqaliya və Xorvatiya, 2-ci qrupdan Fransa və İtaliya, 4-cü qrupdan İspaniya və Danimarka 1/4 finala adlayıb. Son oyunları bu gün keçiriləcək 3-cü qrupdan isə Almaniya və Niderland növbəti mərhələyə yüksəlib.

1/4 finalın püşkatması noyabrın 22-də keçiriləcək. Bu mərhələnin matçları 2025-ci il martın 20-də və 23-də baş tutacaq.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi İspaniya yığması olub.

İdman.biz

Məqalədə: