Bu gün Millətlər Liqasının VI turu çərçivəsində İsveç Azərbaycanı qəbul edəcək.
Azərbaycanın tanınmış simaları “Strauberri” stadionunda təşkil olunacaq qarşılaşma ilə bağlı İdman.biz-in sorğusunu cavablandırıblar.
Müxtəlif sahələrin məşhurları bu oyunda rəqibi daha şanslı hesab edirlər.
Eldəniz Əzizli (güləşçi) - 2:0
Balabəy Ağayev (cüdoçu) - 2:1
Nazim Babayev (atlet) - 2:1
Yunis Hüseynov (“Turan Tovuz”un məşqçisi) - millimizi 30 faiz şanslı sayıram
Vadim Vasilyev (veteran futbolçu) - 3:0
Əli Mirəliyev (müğənni) - 2:0
Əfran İsmayılov (veteran futbolçu) - 1:2
İlham Zəkiyev (paracüdoçu) - 1:1
Ramin Musayev (PFL-in sabiq prezidenti) - Azərbaycan uduzacaq
Şahin Diniyev (futbol mütəxəssisi) - 2:1
Qeyd edək ki, matç saat 23:45-də start götürəcək.
Banuçiçək Hüseynli
İdman.biz