"Kəpəz"in iki futbolçusu əməliyyat olunacaq

Xəbərlər
20 Noyabr 2024 10:50
127
"Kəpəz"in iki futbolçusu əməliyyat olunacaq

"Kəpəz"in futbolçuları Elmir Tağıyevlə İlkin Qırtımov əməliyyat olunacaq.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əzələ qopmasından əziyyət çəkən Tağıyev İstanbulda, Qırtımov isə Bakıda əməliyyat ediləcək. İkinciyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulub.

Hər iki oyunçunun bərpa müddəti 3 həftə çəkəcək.

İdman.biz