Millətlər Liqasının İsveçə 0:6 hesablı məğlubiyyətlə bitən 2024/25 mövsümü Azərbaycan yığması üçün fiasko ilə nəticələnib.
İdman.biz xəbər verir ki, 4-cü dəfə təşkil olunan yarışın C liqasında çıxış edən millimiz 1-ci qrupda sonuncu yeri tutub.
D liqasına yuvarlanan komanda turnirdəki antirkordlarına imza atıb. Fernandu Santuşun yetirmələri az qala hər göstəricidə ən pis nəticəsini yaşayıb.
Qrup sonuncusu – yığmamız ilk dəfə Millətlər Liqasında qrupda sonuncu yeri tutmaqla aşağı dəstəyə düşüb.
Qələbəsiz – millimiz ilk dəfə turnirin qrupunda qələbə qazanmayıb.
5 məğlubiyyət – yığmamız keçirdiyi 6 oyunun beşində uduzmaqla antirekorda üzülüb.
17 buraxılan top – əvvəlki üç mövsümün 18 matçında ümumilikdə 14 qol buraxan millimiz bu dəfə qrupda topu 17 dəfə qapısından çıxarıb.
1 xal – bunadək ən pis halda 6 xalı olan yığmamızın yeganə xalı Estoniyada heç-heçə ilə əldə edilib.
Bir addım da aşağı – Millətlər Liqasının ümumi sıralamasında 47-ci olan yığmamız 6 il əvvəlki antirekordunu bir addım da pisləşdirib.
Yeganə təsəlli – 6 antirekord yeniləyən millimizin ən uğursuz olmayan yeganə göstəricisi vurulan qol sayında olub ki, bu da 4 il əvvəl cəmi 2 dəfə fərqlənməsi ilə bağlıdır.
mövsüm |
liqada yer |
O |
Q |
H |
M |
T/F |
X |
yekun yer |
2018/19 |
D-2 |
6 |
2 |
3 |
1 |
7-6 |
7 |
46 |
2020/21 |
C-3 |
6 |
1 |
3 |
2 |
2-4 |
6 |
43 |
2022/23 |
C-2 |
6 |
3 |
1 |
2 |
7-4 |
10 |
38 |
2024/25 |
C-4 |
6 |
0 |
1 |
5 |
3-17 |
1 |
47 |
Vüqar Xeyrullayev
İdman.biz