İlham Yadullayev: “Bizim üçün böyük dərs oldu”

Xəbərlər
21 Noyabr 2024 12:59
97
İlham Yadullayev: “Bizim üçün böyük dərs oldu”

“Çətin qrupda mübarizə aparacağımızı bilirdik. Eyni səviyyədə olan üç komanda ilə qarşılaşdıq”.

İdman.biz xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev deyib.

O, yığmamızın AVRO-2025-in seçmə mərhələsindəki çıxışını dəyərləndirib: “Hər matçdan əvvəl rəqibə individual yanaşırdıq. Təəssüf ki, ilk iki görüşdə məğlub olduq. Ancaq oyun baxımından uşaqlar rəqiblərdən geri qalmırdılar. Yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edirdilər. Macarıstanla ilk matçda bir az problem yaşadıq. Bu da ilk oyun olmasından qaynaqlandı. Erkən qollar buraxdıq. Yunanıstan yığması ilə ikinci görüşün birinci hissəsi qolsuz yekunlaşdı. İkinci hissədə adi səhvlərdən qollar buraxdıq. Rumıniya seçməsi ilə son qarşılaşmaya futbolçularımız daha sərbəst çıxmışdılar. Əzmkar oyun göstərdik, hesabda geri düşsək də, heç-heçə edə bildik. Hətta qələbə qazana da bilərdik. Uşaqların turnirdəki ümumi çıxışından razı qaldıq. Bu matçlar bizim üçün böyük dərs, təcrübə oldu”.

Qeyd edək ki, Macarıstana 0:4, Yunanıstana 0:3 hesabı ilə uduzan millimiz son turda Rumıniya ilə heç-heçə edib – 1:1.

İdman.biz