Misli Premyer Liqasının XIV turunun ilk günündə üz-üzə gələcək “Kəpəz” və “Araz-Naxçıvan”ın matçı rəqiblərin ölkə çempionatları tarixində 10-cu qarşılaşması olacaq.
İdman.biz xəbər verir ki, yubiley – 10-cu duelə çıxacaq rəqiblərin ilk matçı 24 il əvvələ təsadüf edib.
Əvvəlki 9 oyunda “Kəpəz” ikiqat üstünlüyə malikdir. Gəncə klubu 6 dəfə qalib gəlib. Naxçıvan təmsilçisinin 3 uğuru var.
Top fərqi də “Kəpəz”in üstünlüyünü göstərir. 20 qol vuran komanda 9 top buraxıb.
Hər iki komanda yubiley duelinə qol seriyası ilə çıxacaq. “Araz-Naxçıvan” son üç oyunda meydanı qolsuz tərk etməyib. “Kəpəz” isə evdəki bütün matçlarda qol sevinci yaşayıb.
29.10.2000 |
Araz - Kəpəz |
1:3 |
22.04.2001 |
Kəpəz – Araz |
6:0 |
15.09.2001 |
Kəpəz – Araz |
4:1 |
05.12.2001 |
Araz - Kəpəz |
2:0 |
03.09.2023 |
Kəpəz - Araz-Naxçıvan |
1:2 |
10.11.2023 |
Araz-Naxçıvan - Kəpəz |
0:1 |
05.02.2024 |
Kəpəz - Araz-Naxçıvan |
3:1 |
05.04.2024 |
Araz-Naxçıvan - Kəpəz |
1:2 |
13.09.2024 |
Araz-Naxçıvan - Kəpəz |
1:0 |
Qeyd edək ki, Tovuzda keçiriləcək “Kəpəz” – “Araz-Naxçıvan” görüşü saat 17:00-da başlayacaq.
İdman.biz