“Ankaragücü”nün baş məşqçisi: “Renat Dadaşovun zamana ehtiyacı var”

Xəbərlər
22 Noyabr 2024 16:16
114
“Ankaragücü”nün baş məşqçisi: “Renat Dadaşovun zamana ehtiyacı var”

“Ankaragücü”nün formasını geyinən Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov zədəsini tam sağaltmayıb.

İdman.biz xəbər verir ki, bunu Türkiyə klubunun baş məşqçisi Kenan Koçak açıqlayıb.

Mütəxəssis Renat Dadaşovun onlarla birlikdə Antalyaya təlim-məşq toplanışına yollanmasına baxmayaraq, zamana ehtiyacının olduğunu bildirib: “Müalicəsi davam edir. Onu da ən yaxın zamanda meydanda görəcəyik”.

Oktyabrın 21-də əməliyyat olunan 25 yaşlı futbolçu millinin Estoniya və İsveçə qarşı oyunlarının heyətindən kənarda qalıb. Renat "Ankaragücü"nün heyətində 2024/2025 mövsümündə 9 oyunda 2 qol vurub.

Qeyd edək ki, Dadaşovun komandası Türkiyə 1-ci Liqasının 13-cü turunda Ankara derbisində "Gənclərbirliyi" ilə qarşılaşacaq.

İdman.biz