"Futbolçular uzun müddət komandadan ayrı idilər. Millidən olan oyunçuların yoxluğu komandanın ritmdən düşməsinə səbəb olmuşdu. Layiqli qələbə qazandıq. Daha da inkişaf edə bilərik".
İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Kəpəz" üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib: "Ağır oyun olacağını bilirdik. "Kəpəz" son dövrlərdə yaxşı performans göstərir. İdeal oynamasaq da, komanda şəklində qələbə üçün hər şey etdik. Qarşıdakı matçlara hazırlaşacağıq. Mənim üzərimdə heç bir təzyiq yoxdur. Komanda da mənim kimidir. Bu klubda işləmək üçün hər cür şərait yaradılıb. Oyun planında daha yaxşı ola bilərik. Futbolçuların məşqdə göstərdiyi performansa görə bunu deyirəm".
Qeyd edək ki, Araz-Naxçıvan"ın məğlubiyyətsiz oyunlar seriyası 13-ə yüksəlib.
İdman.biz