Yozef Blatter: “Futbol səhv yoldadır”

Xəbərlər
23 Noyabr 2024 09:01
216
Yozef Blatter: “Futbol səhv yoldadır”

“İndi futbol səhv yoldadır. Demək olar ki, bütün mənalarda belədir”.

İdman.biz xəbər verir ki, bunu FİFA-nın sabiq prezidenti Yozef Blatter deyib.

Müasir futbolla bağlı fikirlərini bildirən sabiq funksioner ciddi narahatlığını gizlətməyib: “Biletlər bahalaşır, oyunçulara daha çox təzyiq var. Meydanda mədəni birlik əvəzinə daha çox düşmənçilik hissləri yaşanır. Mən ofsaydlar, qollar və folların qeydə alınmasında istifadə olunan yeni texnologiyaların da əleyhinəyəm. İndi qərarları hakim deyil, televizor verir. Bütün dövrlərdə hakimlərə hörmət futbolun əsas çalarlarından biri olub”.

Qeyd edək ki, Blatter 1998-2013-cü illərdə FİFA-ya rəhbərlik edib.

İdman.biz