Fransa klubu Juninyo üçün "Qarabağ"a təklif göndərəcək

Xəbərlər
23 Noyabr 2024 10:49
185
Fransa klubu Juninyo üçün "Qarabağ"a təklif göndərəcək

"Qarabağ"ın forvardı Juninyonu transfer etmək istəyən komandalar var.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, Ağdam klubunun braziliyalı hücumçusunu Fransadan iki klub istəyir.

Onlardan biri əvvəlcədən də bilindiyi kimi “Tuluza”dır. Juninyonu transfer etmək istəyən digər komanda isə “Lans”dır. Hətta bu klubun skautlarının Juninyonunu müəyyən mövsümün əvvəlindən izlədiyi bildirilir. Onlar braziliyalı hücumçunu canlı izləmək üçün Bakıya səfər etməyi də planlaşdırır. Bu isə Avropa Liqasının 5-ci turunun "Qarabağ" - "Lion" görüşünə də təsadüf edə bilər.

Fransa Liqa 1 təmsilçisi mövsümün sonunda "Qarabağ"a rəsmi təklif göndərəcək.

İdman.biz