Rəşad Sadıqov: "Hər şey uğursuz alınır"

Xəbərlər
23 Noyabr 2024 21:43
35
Rəşad Sadıqov: "Hər şey uğursuz alınır"

"Maraqlı oyun alındı. Belə oyunlar çox olsa, komandalarımız və futbolçularımız inkişaf edəcək. Hər iki komanda sürətli, dinamik oynamağa çalışırdı".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, Misli Premyer Liqasının 14-cü turunda "Neftçi"yə 1:2 hesablı məölubiyyəti şərh edib: "Neftçi Arena" möhtəşəm stadiondur, ot örtüyü də yaxşı idi. Oyunboyu nəzarət bizdə idi. İlk dəqiqələrdən dominantlığa çalışdıq. 60-70-ci dəqiqələr arası üstünlüyü əldən verdik. Rəqib topa daha çox nəzarət etməyə başladı. Biz də həmlələr hazırlayırdıq. Çatmadıq. O dəqiqələrdə qol buraxdıq. İkinci hissədə qapımıza bir zərbə endirildi. Bu il qapımızda yaradılan 3 epizoddan ikisi qol olur. Belə olanda qalib gəlmək çox çətinləşir. Ümumən götürsək, komandamın oyunundan razı qaldım. "Neftçi"ni təbrik edirəm. Meydanda keyfiyyətli futbol var idi".

Rəşad Sadıqov son oyunlarda komandanın uğursuz çıxışına toxunub: "Üst-üstə məğlubiyyətlərimiz var. Uduzduğumuz oyunların əksəriyyətində qalib gələ bilərdik. Çox təhlil edirik. Bugünkü oyuna irad bildirə bilmərəm. "Neftçi" kimi komanda ilə səfərdə baxımlı futbol oynadıq. Sadəcə olaraq, yayla müqayisədə hər şey uğursuz alınır. Bizim qol epizodlarımız zamanı uğursuzluqlar olur. Bugünkü oyunla keçənilki "Zirə"ni müqayisə etsək, bugünkü "Zirə" daha yaxşıdır, inkişaf etmiş komandadır. Müəyyən detallar var, onları dəyişdirmək istəyirik. Daha hücumameyilli oynamağa çalışırıq. Keçid etmək asan deyil. İnanıram ki, bunu edə bilsək, hücumda da daha dəqiq olsaq, xallarımızı toplayacağıq. Sonda da məqsədimizə çata biləcəyik".

Qeyd edək ki, "Zirə" ardıcıl 3-cü oyunda uduzub.

İdman.biz