"Bu gün güclü rəqibə qarşı oynadıq. "Sabah" yaxşı komplektləşdirilmiş komandadır".
İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.
Rusiyalı mütəxəssis Misli Premyer Liqasının 14-cü turunda "Sabah"la heç-heçəni şərh edib: "Heç-heçə ədalətli nəticə ola bilər. Uğursuz epizoddan qol buraxdıq. İstənilən rəqibə qarşı hazırlaşırıq. Onların hansı yerdə olmasının önəmi yoxdur. İkinci hissədə lazım olanları yerinə yetirmədik. Nələrin alınmadığını demək üçün təhlil etmək lazımdır".
Qeyd edək ki, "Turan Tovuz" - "Sabah" matçı 1:1 hesabı ilə yekunlaşıb.
İdman.biz