“Neftçi” və “Qarabağ” futbolçuları millinin məşqinə qatılmayıblar - SƏBƏB

Xəbərlər
25 Noyabr 2024 10:10
69
“Neftçi” və “Qarabağ” futbolçuları millinin məşqinə qatılmayıblar - SƏBƏB

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

İdman.biz xəbər verir ki, Murad Məmmədov (“Neftçi”) və Şahismayıl Cəfərli (“Qarabağ”) zədə səbəbindən bu gün başlayan təlim-məşq toplanışına qatılmayıblar.

Onların əvəzinə İbrahim Babayev (“Zirə”) və İsa Hüseynov (“Şamaxı”) komandaya qoşulublar.

Qeyd edək ki, U-18 dekabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.

İdman.biz

Məqalədə: