“Traktorsazi”nin sabiq futbolçusuna AFFA-da vəzifə verilib

Xəbərlər
25 Noyabr 2024 11:16
133
“Traktorsazi”nin sabiq futbolçusuna AFFA-da vəzifə verilib

“Sabah”dan ayrılan Vitali Kovalyovun yeni iş yeri məlum olub.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, o, AFFA-nın qapıçılar üzrə maarifləndirmə kursunun baş təlimatçısı təyin edilib.

Kovalyov futbolçu karyerası ərzində “İnşaatçı” (Bakı), “ANS Pivani”, “Neftçi”, “Şəfa”, “Ümid”, “Qarabağ”, “MKT Araz”, “Standart”, “Karvan” kimi komandaların şərəfini qoruyub, İranda (“Traktorsazi”) və Türkiyədə (”Kartalspor”) legioner həyatı yaşayıb.

Məşqçilik karyerasında məhz “Sabah”dakı fəaliyyəti ilə tanınıb. Son 6 altı ili Masazır təmsilçisində keçirib.

İdman.biz

Məqalədə: