Misli Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
İdman.biz xəbər verir ki, “Sabah” baş məşqçisi Krunoslav Renduliçlə yollarını ayırdığını açıqlayıb.
Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, “Turan Tovuz”la səfərdəki xal itkisindən (1:1) sonra postundan ayrılıb. 14 oyunda 19 xal toplayan “Sabah” turnir cədvəlində 5-cidir.
Qeyd edək ki, Renduliçə qədər “Kəpəz” Adil Şükürovla, “Neftçi” Roman Qriqorçukla, “Sumqayıt” Samir Abasovla, “Səbail” Şahin Diniyevlə yollarını ayırıb.
İdman.biz