UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

Xəbərlər
26 Noyabr 2024 09:45
150
UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Ferensvaroş” (Macarıstan) – “Malmö” (İsveç) oyununun baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferensvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İdman.biz