“Vasili Berezutskinin yaxşı məşqçi olmaq üçün bütün imkanları var. O, Leonid Slutski ilə birgə çalışıb”.
İdman.biz xəbər verir ki, bunu Rusiya millisinin sabiq futbolçusu İqor Semşov deyib.
O, həmyerlisi Vasili Berezutskinin “Sabah”ın baş məşqçisi təyin olunmasına münasibət bildirib: “İndi Vasili bütün biliklərini praktikada həyata keçirməli olacaq. O, artıq baş məşqçi karyerasını başlamalı idi. Berezutskidə hər şey alınmalıdır. Gələcəkdə nə olacağını təxmin etməyə ehtiyac yoxdur. Yavaş-yavaş irəli getmək lazımdır. Əgər hər şey yaxşı alınsa, niyə də bir gün MOİK-in baş məşqçisi olmasın ki? Berezutski MOİK-i çalışdıra bilər. Onun təcrübəsi, adı, bilikləri var. Ona güvənmək lazımdır. Bilmirəm, onun karyerasını Azərbaycanda başlamaqla bağlı seçimi nə ilə bağlıdır. Bu, o qədər də vacib deyil. Futbol hər yerdə yenidir. Vasili təcrübə toplamalıdır”.
Qeyd edək ki, Krunoslav Renduliçi istefaya göndərən “Sabah” Berezutski ilə 2,5 illik müqavilə imzalayıb.
İdman.biz