"Qarabağ"ın futbolçusu Yassin Benzia Fransa mətbuatına açıqlama verib.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Avropa Liqasının Liqa mərhələsinin "Lion"la keçiriləcək oyunu haqda danışıb.
30 yaşlı futbolçu sabiq komandasına qarşı oynamağın xüsusi olacağını bildirib: "Mən püşkatma mərasimini evdə televizor qarşısında izləyirdim. Fransa klublarının bizə rəqib olmasını istəyirdim. Bizə "Lion" düşdü, bu, yaxşı oldu. Yetirməsi olduğun klubla üz-üzə gəlmək xüsusidir. Mən Tolisso, Lakazett, stüard Jerom Renaud, fizioterapevt Abdel Redissini görəcəyəm. "Lion"a ən yaxşısını arzulayıram, amma cümə axşamı yox".
Qeyd edək ki, Yassin Benzia "Lion"un yetirməsidir. Təcrübəli oyunçu 2012-2015-ci illərdə Fransa təmsilçisinin əsas komandasında çıxış edib.
İdman.biz