Azərbaycanın FIFA referiləri UEFA-dan təyinat alıblar.
İdman.biz xəbər verir ki, Elçin Məsiyev və köməkçisi Vüsal Məmmədov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunda keçiriləcək oyunlarında iş başında olacaqlar.
İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 25-dən 31-dək İtaliyada təşkil ediləcək.
İdman.biz