“Şamaxı” onu intizamsızlığına görə qovub

Xəbərlər
27 Noyabr 2024 15:24
146
“Şamaxı” onu intizamsızlığına görə qovub

“Şamaxı” yarımmüdafiəçisi İlkin Muradovu komandadan qovub.

İdman.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, futbolçu intizamsızlıq səbəbindən heyətdən kənarlaşdırılıb.

Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Əyalət təmsilçisinin baş məşqçisi Ayxan Abbasov da futbolçunun göndərildiyini təsdiq edib: “Onun komandadan göndərilməsinə səbəb intizamsızlıqdır”.

Qeyd edək ki, İlkin Muradov bu mövsüm “Şamaxı”ya keçmişdi.

İdman.biz