“Beşiktaş”da istefa

Xəbərlər
27 Noyabr 2024 16:21
167
“Beşiktaş”da istefa

“Beşiktaş”ın prezidenti Hasan Arat klubun futbol şöbəsinin rəhbəri vəzifəsindən istefa verib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Aratın istefası İdarə Heyətinin bu gün keçirilən fövqəladə yığıncağında qəbul olunub. Növbəti seçkiyə qədər onu bu postda Hüseyin Yücel əvəzləyib.

Qeyd edək ki, Türkiyə Superliqasının 13-cü turunda “Beşiktaş”ın evdə “Göztəpə”yə 2:4 hesabı ilə uduzması klubda çoxsaylı istefalara səbəb olub.

İdman.biz