"Lion"un baş məşqçisi: "Qalib gələcəyimizə inanırıq"

Xəbərlər
27 Noyabr 2024 18:21
155
"Lion"un baş məşqçisi: "Qalib gələcəyimizə inanırıq"

"Biz ambisiyalı bir oyun nümayiş etdirmək üçün gəlmişik".

İdman.biz xəbər verir ki, bunu "Lion"un baş məşqçisi Pyer Saj UEFA Avropa Liqasının 5-ci turunda Bakıda "Qarabağ"la oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: "Bu matçda qalib gələcəyimizə inanırıq. Əlbəttə ki, "Qarabağ" haqqında danışarkən rəqib komandada fiziki cəhətdən yaxşı performans göstərən futbolçular olduğunu demək mümkündür. Benzia çox yaxşı formadadır. Ancaq biz "Qarabağ" komandasının digər keyfiyyətli oyunçuları üzərində də oyunumuzu qurmağa çalışacağıq".

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.

Aytac Sahəd
İdman.biz