"Məncə, "Qarabağ" daha çox qol vura bilərdi".
İdman.biz xəbər verir ki, bunu Avropa Liqasının V turunda baş tutan "Qarabağ" - "Lion" oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Pyer Saj deyib.
Təcrübəli mütəxəssis bildirib ki, "Qarabağ" birinci hissədə onlara çətin anlar yaradıb: "Xüsusilə də birinci hissədə "Qarabağ" taktiki baxımdan təhlükəli vəziyyətlər yaratdı. Biz fasilədən sonra müdafiəni daha yaxşı təşkil etmişdik. Taktiki baxımdan bir çox məsələləri düzgün qura bildik. Bunun sayəsində burada uğur qazandıq. Ümumi götürsək, hesab oyuna görə olmadı. Rəqib çoxlu qol vəziyyətlər yaratdı".
Qeyd edək ki, "Qarabağ" öz meydanında 1:4 hesabı ilə uduzub.
Aytac Sahəd
İdman.biz