Ruslara uduzduqları üçün federasiya prezidenti istefaya göndərilib

Xəbərlər
29 Noyabr 2024 10:20
157
Ruslara uduzduqları üçün federasiya prezidenti istefaya göndərilib

Sultan Hassanal Bolkiahın əmri ilə Bruney Futbol Federasiyasının prezidenti Feisal Eusoff vəzifəsindən azad edilib.

İdman.biz xəbər verir ki, bu, təşkilatın sosial şəbəkələrində rəsmən açıqlanıb.

Bildirilib ki, Feisal Eusoffun istefası barədə qərar onun ölkə qanunları ilə bağlı bir sıra pozuntulara yol verməsi səbəbindən yekdilliklə qəbul edilib.

Qeyd edək ki, noyabrın 15-də Bruney millisi Krasnodarda yoldaşlıq görüşündə Rusiya yığmasına 0:11 hesabı ilə məğlub olub. Bu, Rusiya yığmasının tarixində ən böyük qələbəsidir.

İdman.biz

Məqalədə: