Türkiyə klubunun prezidenti vəzifəsindən gedib

Xəbərlər
29 Noyabr 2024 16:24
149
Türkiyə klubunun prezidenti vəzifəsindən gedib

"Beşiktaş" klubunun prezidenti Hasan Arat tutduğu vəzifədən istefa verib.

İdman.biz xəbər verir ki, İstanbul təmsilçisi bu barədə sosial media hesabından məlumat yayıb.

Hasan Arat iki gün əvvəl "Beşiktaş"ın futbol şöbəsinin rəhbəri vəzifəsindən də istefa vermişdi.

Qeyd edək ki, 65 yaşlı keçmiş basketbolçu 5 dekabr 2023-cü ildə klubun prezidenti seçilmişdi. Arat 1977-1982-ci illərdə "Beşiktaş"ın basketbol komandasında çıxış edib.

İdman.biz

Məqalədə: