“Qarabağ” çox yaxşı mübarizə apardı”.
Bunu İdman.bizə “Sumqayıt”ın köməkçi məşqçisi Vurğun Hüseynov deyib.
O, Avropa Liqasının Liqa mərhələsində “Qarabağ” - “Lion” (1:4) matçını dəyərləndirib. Hüseynov bildirib ki, rəqib futbolçuların ustalıq səviyyəsi oyunun taleyini həll edib: “Qol epizodlarımız olduqca çox oldu. Bunları dəyərləndirə bilsəydik, ən azı bir xal qazana bilərdik. Hər birimiz qələbəyə ümid edirdik. Amma şans komandamızın tərəfində olmadı. Bu, futboldur. Hər şey olur”.
Qeyd edək ki, “Qarabağ” 5 oyunda cəmi 3 xal toplayıb.
Banuçiçək Hüseynli
İdman.biz