Azər Bağırov: “Rəqib döyüşürsə, sən də döyüşməlisən”

Xəbərlər
30 Noyabr 2024 17:07
74
Azər Bağırov: “Rəqib döyüşürsə, sən də döyüşməlisən”

“Oyun maraqlı alındı. Qazandığımız penaltini yerinə yetirə bilmədik”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov “Şamaxı” ilə səfər oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasının XV turunun görüşü barədə fikirlərini bildirib: “Rəqibin döyüşkən komanda olduğunu bilirdik. Səfərdə oynamağımıza baxmayaraq, futbolçularımız rəqibdən çəkinmədilər. Oyunçularım döyüşdülər və qalib gəldik. Yeddi matçdır mübarizə aparır, yaxşı oynayırıq. Motivasiya ilə bağlı heç bir problemimiz yoxdur. Konsentrasiya itməməlidir. Qarşılaşmalar soyunub-geyinmə otağında bitir. Ən vacibi son saniyəyə kimi vuruşmaqdır. Qələbə əziyyətlə əldə olunur”.

Bağırov Orxan Əliyevin ehtiyatda qalmasının səbəbini də açıqlayıb: “Bu, taktiki dəyişiklik idi. Karim Lkoça rəqib futbolçuları daha çox üzərinə çəkir və cinahlarda bizim üçün yol açılırdı. İlk yarıda komandamda böyük problem görünmürdü. Fasilədən sonra döyüşkənliyi artırdıq. Rəqib döyüşürsə, sən də döyüşməlisən. Futbolçiular məşqlərdə penaltilərin üzərində çalışır. Əsas penalti vuranlarımız Luis Paçu ilə Orxan Əliyevdir”.

Qeyd edək ki, “Kəpəz” səfər matçında 1:0 hesabı ilə qalib gəlib.

İdman.biz